Qızıl yenidən ucuzlaşıb

Qızıl yenidən ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1105-ə düşüb
Maliyyə
15 Mart , 2016 09:37
Qızıl yenidən ucuzlaşıb

Bakı. 15 mart. REPORT.AZ/ Martın 14-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,09% bahalaşaraq 17 229,13 bənd, "S&P 500" 0,13% azalaraq 2 019,64 bənd, "Nasdaq" isə 0,04% irəliləyərək 4 750,28 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,57% bahalaşaraq 6 174,57 bənd, Fransa CAC-40-ı 0,32% artaraq 4 506,59 bənd, Almaniya DAX-ı isə 1,62% irəliləyərək 9 990,26 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 29,2 dollar yaxud 2,32% ucuzlaşaraq 1 230,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1105 (-0,46%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi