Bakı. 18 mart. REPORT.AZ/ Martın 18-də Amerika fond bazarında Dow Jones indeksində 0,71% azalma müşahidə edilib və 17 849,08 bənd təşkil edib. S&P 500 0,33% geriləyərək 2 074,28 bənd, Nasdaq isə 0,16% artaraq 4 937,44 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,49% artaraq 6 837,61 bənd, Almaniya DAX-ı 1,54% ucuzlaşaraq 11 980,85 bənd, Fransa CAC-40-ı isə 0,64% ucuzlaşaraq 5 028,93 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,42% ucuzlaşaraq 1 149,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0595 (+0,36%) təşkil edib.