Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında qızıl ucuzlaşıb, avro yüksəlib

    ABŞ-da əsas fond indeksləri geriləyib

    Bakı. 14 avqust. REPORT.AZ/ Avqustun 13-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,03% azalaraq 17 408,25 bənd, S&P 500 0,13% ucuzlaşaraq 2 083,39 bənd, Nasdaq isə 0,21% geriləyərək 5 033,56 bənd təşkil edib.

    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,04% geriləyərək 6 568,33 bənd, Fransa CAC-40-ı 1,25% artaraq 4 986,85 bənd, Almaniya DAX-ı isə 0,82% bahalaşaraq 11 014,63 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,71% ucuzlaşaraq 1 113,30 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1153 (+0,10%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi