Yuxarı

​Dünya bazarında qızıl ucuzlaşıb, avro isə bahalaşıb

ABŞ-da əsas fond indeksləri azalıb, Avropada isə yüksəlib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 9-da Amerika fond bazarlarında Dow Jones indeksi 1,45% azalaraq 16 253,57 bənd, S&P 500 1,39% ucuzlaşaraq 1 942,04 bənd, Nasdaq isə 1,15% geriləyərək 4 756,53 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,35% irəliləyərək 6 229,01 bənd, Fransa CAC-40-ı 1,44% artaraq 4 664,59 bənd, Almaniya DAX-ı isə 0,31% bahalaşaraq 10 303,12 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,54% azalaraq 1 106,10 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1210 (+0,36%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi