​Dünya bazarında avro bahalaşıb

​Dünya bazarında avro bahalaşıb COMEX-də qızılın bir unsiyasının qiyməti 1 137,5 dollara düşüb
Maliyyə
3 Noyabr , 2015 09:27
​Dünya bazarında avro bahalaşıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,94% bahalaşaraq 17 828,76 bənd, S&P 500 1,19% artaraq 2 104,05 bənd, Nasdaq isə 1,45% irəliləyərək 5 127,15 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,01% bahalaşaraq 6 361,80 bənd, Fransa CAC-40-ı 0,38% artaraq 4 916,21 bənd, Almaniya DAX-ı isə 0,93% irəliləyərək 10 950,67 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,34% ucuzlaşaraq 1 137,50 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1018 (+0,11%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi