Yuxarı

Dünya bazarında qızıl cüzi bahalaşıb

Avronun dollara qarşı məzənnəsi isə 1,1079-a çatıb

Bakı. 9 iyul. REPORT.AZ/ İyulun 8-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,47% azalaraq 17 515,42 bənd, S&P 500 1,67% ucuzlaşaraq 2 046,68 bənd, Nasdaq isə 1,75% geriləyərək 4 909,76 bənd təşkil edir.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,91% bahalaşaraq 6 490,70 bənd, Fransa CAC-40-ı 0,75% artaraq 4 639,02 bənd, Almaniya DAX-ı isə 0,66% irəliləyərək 10 747,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% bahalaşaraq 1 157,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1079 (+0,76%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi