Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,11-ə çatıb
Maliyyə
10 İyul , 2015 09:57
Dünya bazarında qızıl bahalaşıb

Bakı. 10 iyul.REPORT.AZ/ İyulun 9-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,19% artaraq 17 548,62 bənd, S&P 500 0,23% bahalaşaraq 2 051,31 bənd, Nasdaq isə 0,26% irəliləyərək 4 922,40 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,40% bahalaşaraq 6 581,63 bənd, Fransa CAC-40-ı 2,55% artaraq 4 757,22 bənd, Almaniya DAX-ı isə 2,32% irəliləyərək 10 996,41 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,34% bahalaşaraq 1 160,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1100 (+0,19%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi