Yuxarı

Dünya bazarında qızıl bahalaşıb

Avronun dollara qarşı məzənnəsi isə 1,06 USD/EUR-a düşüb

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 13-də Amerika fond bazarında Dow Jones indeksində 0,45% azalma müşahidə olunub və 17 977,04 bənd təşkil edib. S&P 500 0,46% geriləyərək 2 092,43 bənd, Nasdaq isə 0,15% azalaraq 4 988,25 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,36% geriləyərək 7 064,30 bənd, Almaniya DAX-ı 0,29% azalaraq 12 338,73 bənd, Fransa CAC-40-ı isə 0,26% irəliləyərək 5 254,12 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% artaraq 1 199,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,06 (-0,09%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi