Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında qızıl 2%-ə qədər ucuzlaşıb

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0793 (-0,37%) təşkil edib.

    Bakı. 31 mart. REPORT.AZ/ Martın 30-da Amerika fond bazarında Dow Jones indeksində 1,49% artım müşahidə olunub və 17 976,31 bənd təşkil edib. S&P 500 1,22% irəliləyərək 2 086,24 bənd, Nasdaq isə 1,15% artaraq 4 947,44 bənd olub.

    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,53% artaraq 6 891,43 bənd, Almaniya DAX-ı 1,83% bahalaşaraq 12 086,01 bənd, Fransa CAC-40-ı isə 0,98% irəliləyərək 5 086,52 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,76% azalaraq 1 181,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0793 (-0,37%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi