​Dünya bazarında qızıl 2% ucuzlaşıb

​Dünya bazarında qızıl 2% ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1315-ə çatıb
Maliyyə
30 Yanvar , 2015 09:54
​Dünya bazarında qızıl 2% ucuzlaşıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 29-da Amerika fond bazarında Dow Jones indeksində 1,31% artım müşahidə edilib və 17 416,85 bənd təşkil edib. S&P 500 0,95% yüksələrək 2 020,25 bənd olub, Nasdaq isə 0,98% bahalaşaraq 4 683,41 bəndə qalxıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 29-da FTSE 100 indeksi 0,22% azalaraq 6 810,60 bəndədək, Almaniya DAX-ı 0,25% artaraq 10 737,87 bəndədək yüksəlib. Fransa CAC-40-ı isə 0,44% bahalaşaraq 4 631,43 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,65% ucuzlaşaraq 1 260,70 dollara düşüb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1315 (-0,3%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi