Yuxarı

​Dünya bazarında qızıl 15 dollar bahalaşıb

Avronun dollara qarşı məzənnəsi isə 1,0893-ə düşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Amerika fond bazarında Dow Jones indeksi 1,56% ucuzlaşaraq 15 766,74 bənd, S&P 500 1,17% azalaraq 1 859,33 bənd, Nasdaq isə 0,12% irəliləyərək 4 471,69 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,46% ucuzlaşaraq 5 673,58 bənd, Fransa CAC-40-ı 3,45% azalaraq 4 124,95 bənd, Almaniya DAX-ı isə 2,82% geriləyərək 9 391,64 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 15 dollar yaxud 1,38% bahalaşaraq 1 102,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0893 (-0,16%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi