Yuxarı

​Dünya bazarında qızıl 1%-dən artıq bahalaşıb

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0604 (-0,71%) təşkil edib

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 10-da Amerika fond bazarında Dow Jones indeksində 0,55% artım müşahidə olunub və 18 057,65 bənd təşkil edib. S&P 500 0,52% irəliləyərək 2 102,06 bənd, Nasdaq isə 0,43% artaraq 4 995,98 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,06% artaraq 7 089,77 bənd, Almaniya DAX-ı 1,71% bahalaşaraq 12 374,73 bənd, Fransa CAC-40-ı isə 0,60% irəliləyərək 5 240,46 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,02% artaraq 1 207,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0604 (-0,71%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi