Əksər Qərb indekslərində azalma müşahidə edilib

Əksər Qərb indekslərində azalma müşahidə edilib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1363-ə düşüb
Maliyyə
8 Aprel , 2016 08:25
Əksər Qərb indekslərində azalma müşahidə edilib

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 7-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,98% ucuzlaşaraq 17 541,96 bənd, "S&P 500" 1,20% azalaraq 2 041,91 bənd, "Nasdaq" isə 1,47% geriləyərək 4 848,37 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% ucuzlaşaraq 6 136,89 bənd, Fransa CAC-40-ı 0,90% azalaraq 4 245,91 bənd, Almaniya DAX-ı isə 0,98% geriləyərək 9 530,62 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,81% bahalaşaraq 1 231,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1363 (-0,39%) təşkil edib. 

İngilis versiyası Most Western indexes reduced

Son xəbərlər

Orphus sistemi