Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 25-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,15% ucuzlaşaraq 17 977,24 bənd, "S&P 500" indeksi 0,18% ucuzlaşaraq 2 087,79 bənd, "Nasdaq" isə 0,21% geriləyərək 4 895,79 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,78% ucuzlaşaraq 6 260,92 bənd, Fransa CAC-40-ı 0,52% azalaraq 4 546,12 bənd, Almaniya DAX-ı isə 0,76% geriləyərək 10 294,35 bənd olub.
Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% bahalaşıb və 1 238,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1260 (+0,34%) təşkil edib.