Yuxarı

Əksər Qərb indeksləri azalıb, avro bahalaşıb

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 126 dolları keçib

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,10% ucuzlaşaraq 16 449,18 bənd, S&P 500 0,04% azalaraq 1 939,38 bənd, Nasdaq isə 0,14% irəliləyərək 4 620,37 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,39% ucuzlaşaraq 6 060,10 bənd, Fransa CAC-40-ı 0,56% azalaraq 4 392,33 bənd, Almaniya DAX-ı isə 0,41% geriləyərək 9 757,88 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,70% artaraq 1 126,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0914 (+0,78%) təşkil edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi