​Dünya bazarında əksər Qərb indeksləri geriləyib

​Dünya bazarında əksər Qərb indeksləri geriləyib Avronun dollara qarşı məzənnəsi dəyişməyib, qızıl isə bahalaşıb
Maliyyə
10 Noyabr , 2015 09:18
​Dünya bazarında əksər Qərb indeksləri geriləyib

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,00% ucuzlaşaraq 17 730,48 bənd, S&P 500 0,98% azalaraq 2 078,58 bənd, Nasdaq isə 1,01% geriləyərək 5 095,30 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,92% ucuzlaşaraq 6 295,16 bənd, Fransa CAC-40-ı 1,46% azalaraq 4 911,17 bənd, Almaniya DAX-ı isə 1,52% geriləyərək 10 815,45 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 16,50 dollar yaxud 0,37% bahalaşaraq 1 091,70 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə dəyişməyərək 1,0741 təşkil edib.

Son xəbərlər

Orphus sistemi