Yuxarı

​Dünya bazarında əksər Qərb indeksləri artıb

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0982-yə yüksəlib

Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 1,39% artaraq 17 615,17 bənd, S&P 500 1,28% bahalaşaraq 2 104,18 bənd, Nasdaq isə 1,16% irəliləyərək 5 101,80 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,26% irəliləyərək 6 736,22 bənd, Fransa CAC-40-ı 0,79% artaraq 5 195,41 bənd, Almaniya DAX-ı isə 0,99% bahalaşaraq 11 604,78 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,70% bahalaşaraq 1 100,20 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0982 (+0,14%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi