Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında əksər Qərb indeksləri artıb

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0825 (+0,02%) təşkil edib

    Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 20-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,08% artaraq 18 100,41 bənd, S&P 500 0,08% bahalaşaraq 2 128,28 bənd, Nasdaq isə 0,17% irəliləyərək 5 218,86 bənd təşkil edib.

    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,20% irəliləyərək 6 788,69 bənd, Fransa CAC-40-ı 0,35% artaraq 5 142,49 bənd, Almaniya DAX-ı isə 0,53% irəliləyərək 11 735,72 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% ucuzlaşaraq 1 102,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0825 (+0,02%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi