Yuxarı

​Dünya bazarında əksər indekslər yüksəlib

Avro və qızılın qiymətində isə azalma müşahidə olunur

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,10% bahalaşaraq 17 720,98 bənd, S&P 500 1,06% irəliləyərək 2 078,36 bənd, Nasdaq isə 1,33% artaraq 5 107,94 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,96% bahalaşaraq 6 314,57 bənd, Fransa CAC-40-ı 1,81% artaraq 4 701,36 bənd, təşkil edib. Almaniya DAX-ı isə 1,94% irəliləyərək isə 10 860,14 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% ucuzlaşaraq 1 070,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0932 (-0,38%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi