Yuxarı

​Dünya bazarında əksər fond indeksləri yüksəlib

Avronun dollara qarşı məzənnəsi 1% düşüb, qızıl isə 0,6% ucuzlaşıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,13% bahalaşaraq 17 779,52 bənd, S&P 500 1,18% artaraq 2 090,35 bənd, Nasdaq isə 1,30% irəliləyərək 5 095,35 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,14% bahalaşaraq 6 437,80 bənd, Fransa CAC-40-ı 0,90% bahalaşaraq 4 890,58 bənd, Almaniya DAX-ı isə 1,31% artaraq 10 831,96 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,64% ucuzlaşaraq 1 160,20 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0927 (-0,98%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi