Yuxarı

​Dünya bazarında avronun ucuzlaşması davam edir

COMEX-də qızılın qiyməti 1 243,3 dollar/unsiyaya çatıb

Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 9-da Amerika fond bazarında Dow Jones indeksində 0,53% azalma müşahidə edilib və 17 729,21 bənd təşkil edib. S&P 500 0,42% azalaraq 2 046,74 bəndə, Nasdaq isə 0,39% azalaraq 4 726,01 bəndə enib.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 9-da FTSE 100 indeksi 0,24% azalaraq 6 837,15 bəndə düşüb, Almaniya DAX-ı 1,69% ucuzalaşaraq 10 663,51 bəndə enib. Fransa CAC-40-ı isə 0,85% ucuzlaşaraq 4 651,08 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,14% bahalaşaraq 1 243,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1275 (-1,5%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi