Dünya bazarında avronun ucuzlaşması davam edir

Dünya bazarında avronun ucuzlaşması davam edir ABŞ fond indeksləri azalıb, Avropa indeksləri isə artıb
Maliyyə
13 Yanvar , 2015 09:36
Dünya bazarında avronun ucuzlaşması davam edir

Bakı. 13 yanvar. REPORT.AZ/ Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksində 0,54% azalma müşahidə edilib və 17 640, 84 bənd təşkil edib, S&P 500 və Nasdaq indeksləri isə 0,84% azalaraq müvafiq olaraq 2 028,26 bəndə və 4 664,71 bəndə düşüb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 12-də FTSE 100 indeksi 0,01% artaraq 6 501,42 bəndədək, Almaniya DAX-ı 1,38% artaraq 9 781,90 bəndədək, Fransa CAC-40-ı isə 1,18% artaraq 4 228,24 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,20% bahalaşaraq 1 235,30 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1804 (-0,1%) təşkil edib.

İngilis versiyası Euro falls in world market

Son xəbərlər

Orphus sistemi