Yuxarı
    Bağlamaq

    Dünya bazarında avronun dollara qarşı ucuzlaşması davam edir

    Əksər Qərb indeksləri enib

    Bakı. 4 mart. REPORT.AZ/ Martın 3-də Amerika fond bazarında Dow Jones indeksində 0,47% azalma müşahidə edilib və 18 203,37 bənd təşkil edib. S&P 500 0,45% geriləyərək 2 107,78 bənd, Nasdaq isə 0,56% azalaraq 4 979,90 bənd olub.

    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,74% azalaraq 6 889,13 bənd, Almaniya DAX-ı 1,14% ucuzlaşaraq 11 280,36 bənd, Fransa CAC-40-ı isə 0,98% ucuzlaşaraq 4 869,25 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,23% ucuzlaşaraq 1 205,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1168 (-0,5%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi