Avronun bahalaşması davam edir

Avronun bahalaşması davam edir Qərbin əksər fond indeksləri yüksəlib
Maliyyə
21 Mart , 2015 09:26
Avronun bahalaşması davam edir

Bakı. 21 mart. REPORT.AZ/ Martın 20-də Amerika fond bazarında Dow Jones indeksində 0,94% artım müşahidə edilib və 18 127,65 bənd təşkil edib. S&P 500 0,90% irəliləyərək 2 108,10 bənd, Nasdaq isə 0,68% artaraq 5 026,42 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,86% artaraq 7 022,51 bənd, Almaniya DAX-ı 1,18% bahalaşaraq 12 039,37 bənd, Fransa CAC-40-ı isə 1,00% bahalaşaraq 5 087,49 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,03% artaraq 1 181,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0821 (+1,29%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi