​Dünya bazarında avro yenə ucuzlaşıb

​Dünya bazarında avro yenə ucuzlaşıb Bu gün səhərə COMEX-də qızılın qiyməti 1 228,8 dollar unsiyaya düşüb
Maliyyə
14 Yanvar , 2015 09:39
​Dünya bazarında avro yenə ucuzlaşıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 13-də Amerika fond bazarında Dow Jones indeksində 0,15% azalma müşahidə edilib və 17 613,68 bənd təşkil edib, S&P 500 0,26% azalaraq müvafiq olaraq 2 023,03 bəndə və Nasdaq isə 0,07% azalaraq 4 661,50 bəndə düşüb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 13-də FTSE 100 indeksi 0,63% artaraq 6 542,20 bəndədək, Almaniya DAX-ı 1,63% artaraq 9 941,00 bəndədək, Fransa CAC-40-ı isə 1,47% artaraq 4 290,28 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,45% ucuzlaşaraq 1 228,80 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1782 (-0,2%) təşkil edib.

İngilis versiyası Euro falls in world markets

Son xəbərlər

Orphus sistemi