​Dünya bazarında avro yenə ucuzlaşıb

​Dünya bazarında avro yenə ucuzlaşıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% bahalaşaraq 1 158,40 dollar olub
Maliyyə
14 Mart , 2015 10:14
​Dünya bazarında avro yenə ucuzlaşıb

Bakı. 14 mart. REPORT.AZ/ Martın 13-də Amerika fond bazarında Dow Jones indeksində 0,82% azalma müşahidə edilib və 17 749,31 bənd təşkil edib. S&P 500 0,61% geriləyərək 2 053,40 bənd, Nasdaq isə 0,44% azalaraq 4 871,76 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,30% azalaraq 6 740,58 bənd, Almaniya DAX-ı 0,87% bahalaşaraq 11 901,61 bənd, Fransa CAC-40-ı isə 0,46% bahalaşaraq 5 010,46 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% bahalaşaraq 1 158,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0496 (-1,02%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi