Yuxarı

​Dünya bazarında avro və qızılın ucuzlaşması davam edir

ABŞ və Avropada fond indeksləri üzrə müsbət dinamika müşahidə olunur

Bakı. 15 iyul.REPORT.AZ/ İyulun 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,24% artaraq 18 053,58 bənd, S&P 500 0,45% bahalaşaraq 2 108,95 bənd, Nasdaq isə 0,66% irəliləyərək 5 104,89 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,23% bahalaşaraq 6 753,75 bənd, Fransa CAC-40-ı 0,69% artaraq 5 032,47 bənd, Almaniya DAX-ı isə 0,28% irəliləyərək 11 516,90 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,10% ucuzlaşaraq 1 153,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1002 (-0,06%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi