Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında avro və qızılın bahalaşması davam edir

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0986 (+0,30%) təşkil edib

    Bakı. 30 may. REPORT.AZ/ Mayın 29-da Amerika fond bazarında Dow Jones indeksində 0,64% azalma müşahidə olunub və 18 010,68 bənd təşkil edib. S&P 500 0,63% geriləyərək 2 107,39 bənd, Nasdaq isə 0,55% azalaraq 5 070,03 bənd olub.

    "Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,80% geriləyərək 6984,40 bənd, Fransa CAC-40-ı 2,53% geriləyərək 5 007,89 bənd, Almaniya DAX-ı isə 2,26% azalaraq 11 413,82 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,14% artaraq 1 190,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0986 (+0,30%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi