​Dünya bazarında avro və qızıl ucuzlaşıb

​Dünya bazarında avro və qızıl ucuzlaşıb ABŞ fond indeksləri yüksəlib, Avropa indeksləri isə azalıb
Maliyyə
1 İyul , 2015 09:37
​Dünya bazarında avro və qızıl ucuzlaşıb

Bakı. 1 iyul. REPORT.AZ/ İyunun 30-da Amerika fond bazarında Dow Jones indeksində 0,13% artım müşahidə olunub və 17 619,51 bənd təşkil edib. S&P 500 0,27% irəliləyərək 2 063,11 bənd, Nasdaq isə 0,57% yüksələrək 4 986,487 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,50% geriləyərək 6 520,98 bənd, Fransa CAC-40-ı 1,63% azalaraq 4 790,20 bənd, Almaniya DAX-ı isə 1,25% geriləyərək 10 944,97 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın qiymətində azalma qeydə alınıb. Belə ki, bu əlvan metalın bir unsiyasının qiyməti 0,23% ucuzlaşaraq 1 173,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1138 (-0,47%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi