Dünya bazarında avro və qızıl ucuzlaşıb

Dünya bazarında avro və qızıl ucuzlaşıb ABŞ və Avropanın əsas fond indeksləri yüksəlib
Maliyyə
12 İyun , 2015 08:41
Dünya bazarında avro və qızıl ucuzlaşıb

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 11-də Amerika fond bazarında Dow Jones indeksində 0,22% artım müşahidə olunub və 18 039,37 bənd təşkil edib. S&P 500 0,17% irəliləyərək 2 108,51 bənd, Nasdaq isə 0,11% artaraq 5 082,51 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,24% irəliləyərək 6 846,74 bənd, Fransa CAC-40-ı 0,74% artaraq 4 971,37 bənd, Almaniya DAX-ı isə 0,60% yüksələrək 11 332,78 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,39% azalaraq 1 180,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1261 (-0,21%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi