Yuxarı

​Dünya bazarında avro və qızıl ucuzlaşıb

ABŞ-ın fond indeksləri üzrə artım müşahidə olunub

Bakı. 3 mart. REPORT.AZ/ Martın 2-də Amerika fond bazarında Dow Jones indeksində 0,86% artım müşahidə edilib və 18 288,63 bənd təşkil edib. S&P 500 0,61% artaraq 2 117,39 bənd, Nasdaq isə 0,90% artaraq 5 008,10 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,09% azalaraq 6 940,64 bənd, Almaniya DAX-ı 0,08% bahalaşaraq 11 410,36 bənd, Fransa CAC-40-ı isə 0,69% ucuzlaşaraq 4 917,32 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,46% ucuzlaşaraq 1 208,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1227 (-0,1%) təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi