​Dünya bazarında avro və qızıl ucuzlaşıb

​Dünya bazarında avro və qızıl ucuzlaşıb ABŞ və Avropanın əksər fond indeksləri artıb
Maliyyə
4 Sentyabr , 2015 09:20
​Dünya bazarında avro və qızıl ucuzlaşıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,14% artaraq 16 374,76 bənd, S&P 500 0,12% bahalaşaraq 1 951,13 bənd, Nasdaq isə 0,35% geriləyərək 4 733,50 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,82% irəliləyərək 6 194,10 bənd, Fransa CAC-40-ı 2,17% artaraq 4 653,79 bənd, Almaniya DAX-ı isə 2,68% bahalaşaraq 10 317,84 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,78% azalaraq 1 123,80 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1128 (-0,78%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi