​Dünya bazarında avro və qızıl ucuzlaşıb

​Dünya bazarında avro və qızıl ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1345 (-0,14%) təşkil edib
Maliyyə
22 Oktyabr , 2015 09:35
​Dünya bazarında avro və qızıl ucuzlaşıb

Bakı. 22 oktyabr.REPORT.AZ/ Oktyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,28% ucuzlaşaraq 17 168,61 bənd, S&P 500 0,58% azalaraq 2 018,94 bənd, Nasdaq isə 0,84% geriləyərək 4 840,12 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,05% bahalaşaraq, 6 348,42 bənd, Fransa CAC-40-ı 0,46% irəliləyərək, 4 695,10 bənd, Almaniya DAX-ı isə 0,89% azalaraq 10 238,10 bənd təşkil edib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 11,2 dollar yaxud 0,95% ucuzlaşaraq 1 166,00 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1345 (-0,14%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi