Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında avro və qızıl ucuzlaşıb

    Qərbin fond indeksləri artım nümayiş edib

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabrın 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 1,47% bahalaşaraq 16 284,70 bənd, S&P 500 1,91% artaraq 1 920,03 bənd, Nasdaq isə 2,28% yüksələrək 4 620,16 bənd təşkil edib.

    "Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,58% bahalaşaraq 6 061,61 bənd, Fransa CAC-40-ı 2,57% artaraq 4 455,29 bənd, Almaniya DAX-ı isə 2,22% yüksələrək 9 660,44 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,94% ucuzlaşaraq 1 114,30 dollar təşkil edib.

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1148 (-0,96) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi