​Dünya bazarında avro ucuzlaşmaqda davam edir

​Dünya bazarında avro ucuzlaşmaqda davam edir COMEX-də qızılın bir unsiyasının qiyməti 0,66% bahalaşaraq 1 228,60 dollar olub
Maliyyə
24 Fevral , 2016 09:14
​Dünya bazarında avro ucuzlaşmaqda davam edir

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,14% ucuzlaşaraq 16 631,78 bənd, S&P 500 1,25% azalaraq 1 921,27 bənd, Nasdaq isə 1,47% geriləyərək 4 503,58 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,25% ucuzlaşaraq 5 962,31 bənd, Fransa CAC-40-ı 1,40% azalaraq 4 238,42 bənd, Almaniya DAX-ı isə 1,64% geriləyərək 9 416,77 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,66% bahalaşaraq 1 228,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1017 (-0,24%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi