Yuxarı

​Dünya bazarında avro ucuzlaşmaqda davam edir

Qızılın bir unsiyasının qiyməti əvvəlki gün olduğu kimi 1 173,70 dollar olub

Bakı. 27 iyun. REPORT.AZ/ İyunun 26-da Amerika fond bazarında Dow Jones indeksində 0,31% artım müşahidə olunub və 17 946,68 bənd təşkil edib. S&P 500 0,04% geriləyərək 2 101,49 bənd, Nasdaq isə 0,62% azalaraq 5 080,50 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,79% geriləyərək 6 753,70 bənd, Fransa CAC-40-ı 0,35% artaraq 5 059,17 bənd, Almaniya DAX-ı isə 0,17% irəliləyərək 11 492,43 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın qiymətində heç bir dəyişiklik qeydə alınmayıb. Belə ki, bu əlvan metalın bir unsiyasının qiyməti əvvəlki gün olduğu kimi 1 173,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1167 (-0,19%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi