​Dünya bazarında avro ucuzlaşmaqda davam edir

​Dünya bazarında avro ucuzlaşmaqda davam edir Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% bahalaşaraq 1 117,60 dollar təşkil edib
Maliyyə
18 Avqust , 2015 09:21
​Dünya bazarında avro ucuzlaşmaqda davam edir

Bakı. 18 avqust. REPORT.AZ/ Avqustun 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,39% artaraq 17 545,18 bənd, S&P 500 0,52% bahalaşaraq 2 102,44 bənd, Nasdaq isə 0,86% irəliləyərək 5 091,70 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,01% geriləyərək 6 550,30 bənd, Fransa CAC-40-ı 0,57% artaraq 4 984,83 bənd, Almaniya DAX-ı isə 0,41% ucuzlaşaraq 10 940,33 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% bahalaşaraq 1 117,60 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1073 (-0,32%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi