​Dünya bazarında avro ucuzlaşıb

​Dünya bazarında avro ucuzlaşıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 176,00 dollar olub
Maliyyə
10 İyun , 2015 08:32
​Dünya bazarında avro ucuzlaşıb

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 9-da Amerika fond bazarında Dow Jones indeksində 0,01% azalma müşahidə olunub və 17 764,04 bənd təşkil edib. S&P 500 0,04% irəliləyərək 2 080,15 bənd, Nasdaq isə 0,15% azalaraq 5 031,87 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,53% geriləyərək 6 753,80 bənd, Fransa CAC-40-ı 0,15% azalaraq 4 850,22 bənd, Almaniya DAX-ı isə 0,58% geriləyərək 11 001,29 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,10% artaraq 1 176,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1285 (-0,30%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi