Avro yenidən ucuzlaşıb

Avro yenidən ucuzlaşıb Amerika fond bazarında indekslər artıb
Maliyyə
8 May , 2015 08:53
Avro yenidən ucuzlaşıb

Bakı. 8 may. REPORT.AZ/ Mayın 7-da Amerika fond bazarında Dow Jones indeksində 0,46% artım müşahidə olunub və 17 924,06 bənd təşkil edib. S&P 500 0,38% irəliləyərək 2 088,00 bənd, Nasdaq isə 0,53% artaraq 4 945,54 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,67% geriləyərək 6 888,95 bənd, Almaniya DAX-ı 0,51% artaraq 11 407,97 bənd, Fransa CAC-40-ı isə 0,29% geriləyərək 4 967,22 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,35% azalaraq 1 182,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1209 (-1,20%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi