Avro və qızıl ucuzlaşıb

Avro və qızıl ucuzlaşıb Qərbin əsas fond indeksləri tədricən azalır
Maliyyə
5 İyun , 2015 08:45
Avro və qızıl ucuzlaşıb

Bakı. 5 iyun. REPORT.AZ/ İyunun 4-də Amerika fond bazarında Dow Jones indeksində 0,94% azalma müşahidə olunub və 17 905,58 bənd təşkil edib. S&P 500 0,86% geriləyərək 2 095,84 bənd, Nasdaq isə 0,79% azalaraq 5 059,12 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,31% geriləyərək 6 859,24 bənd, Fransa CAC-40-ı 0,93% azalaraq 5 987,13 bənd, Almaniya DAX-ı isə 0,69% geriləyərək 11 450,60 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,52% azalaraq 1 177,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1208 (-0,55%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi