Yuxarı

​Dünya bazarında avro kəskin bahalaşıb

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,61% artaraq 1 186,60 dollar olub

Bakı. 18 iyun. REPORT.AZ/ İyunun 17-də Amerika fond bazarında Dow Jones indeksində 0,17% artım müşahidə olunub və 17 935,74 bənd təşkil edib. S&P 500 0,20% irəliləyərək 2 100,44 bənd, Nasdaq isə 0,18% artaraq 5 064,80 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,44% geriləyərək 6 680,55 bənd, Fransa CAC-40-ı 1,02% azalaraq 4 790,62 bənd, Almaniya DAX-ı da 0,60% geriləyərək 10978,01 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,61% artaraq 1 186,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1363 (+0,88%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi