​Dünya bazarında avro dollar qarşısında cüzi ucuzlaşıb

​Dünya bazarında avro dollar qarşısında cüzi ucuzlaşıb Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,59% artıb və 1 271,70 dollar olub
Maliyyə
11 May , 2016 08:38
​Dünya bazarında avro dollar qarşısında cüzi ucuzlaşıb

Bakı. 11 may. REPORT.AZ/ Mayın 10-da Amerika fond bazarında "Dow Jones" indeksi 1,26% bahalaşaraq 17 928,35 bənd, "S&P 500" indeksi 1,25% bahalaşaraq 2 084,39 bənd, "Nasdaq" isə 1,26% artaraq 4 809,88 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,68% bahalaşaraq 6 156,65 bənd, Fransa "CAC-40"-ı 0,36% bahalaşaraq 4 338,21 bənd, Almaniya DAX-ı isə 0,65% irəliləyərək 10045,44 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,59% artıb və 1 271,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1382 (-0,009%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi