​Dünya bazarında avro dollar qarşısında cüzi möhkəmlənib

​Dünya bazarında avro dollar qarşısında cüzi möhkəmlənib Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% ucuzlaşaraq 1 084,20 dollar təşkil edib
Maliyyə
6 Avqust , 2015 09:24
​Dünya bazarında avro dollar qarşısında cüzi möhkəmlənib

Bakı. 6 avqust. REPORT.AZ/ Avqustun 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,06% azalaraq 17 540,47 bənd, S&P 500 0,31% bahalaşaraq 2 099,84 bənd, Nasdaq isə 0,67% irəliləyərək 5 139,95 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,98% irəliləyərək 6 752,41 bənd, Fransa CAC-40-ı 1,65% artaraq 5 196,73 bənd, Almaniya DAX-ı isə 1,57% bahalaşaraq 11 636,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% ucuzlaşaraq 1 084,20 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0908 (+0,41%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi