Dünya bazarında avro cüzi bahalaşıb

Dünya bazarında avro cüzi bahalaşıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1 166,4 dollara düşüb
Maliyyə
3 İyul , 2015 09:18
Dünya bazarında avro cüzi bahalaşıb

Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 2-də Amerika fond bazarında Dow Jones indeksində 0,16% azalma müşahidə olunub və 17 730,11 bənd təşkil edib. S&P 500 0,03% geriləyərək 2 076,78 bənd, Nasdaq isə 0,08% ucuzlaşaraq 5 009,22 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,33% irəliləyərək 6 630,47 bənd, Fransa CAC-40-ı 0,98% azalaraq 4 835,56 bənd, Almaniya DAX-ı isə 0,73% geriləyərək 11 099,35 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% ucuzlaşaraq 1 166,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1096 (+0,24%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi