Dünya bazarında avro bahalaşıb

Dünya bazarında avro bahalaşıb Qərbin əsas fond indeksləri azalıb
Maliyyə
15 Aprel , 2015 10:06
Dünya bazarında avro bahalaşıb

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 14-də Amerika fond bazarında Dow Jones indeksində 0,33% artım müşahidə olunub və 18 036,70 bənd təşkil edib. S&P 500 0,04% geriləyərək 2 090,15 bənd, Nasdaq isə 0,22% azalaraq 4 977,29 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,16% irəliləyərək 7 075,26 bənd, Almaniya DAX-ı 0,9 % azalaraq 12 227,60 bənd, Fransa CAC-40-ı isə 0,69% geriləyərək 5 218,06 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 192,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0656 (+0,81%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi