Yuxarı

Avro yenidən bahalaşıb

Birjada qızılın bir unsiyasının qiyməti isə 1 074,4 dollara düşüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,43% ucuzlaşaraq 17 492,30 bənd, S&P 500 0,77% geriləyərək 2 047,62 bənd, Nasdaq isə 1,48% azalaraq 5 022,87 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% ucuzlaşaraq 6 126,68 bənd, Fransa CAC-40-ı 0,95% azalaraq 4 637,45 bənd, Almaniya DAX-ı isə 0,76% geriləyərək 10 592,49 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti son bir gündə 0,03% azalaraq 1 074,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1007 (+0,94%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi