​Dünya bazarında avro 0,5% ucuzlaşıb

​Dünya bazarında avro 0,5% ucuzlaşıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,47% ucuzlaşaraq 1 198,60 dollar olub
Maliyyə
6 Mart , 2015 09:44
​Dünya bazarında avro 0,5% ucuzlaşıb

Bakı. 6 mart. REPORT.AZ/ Martın 5-də Amerika fond bazarında Dow Jones indeksində 0,21% artım müşahidə edilib və 18 135,72 bənd təşkil edib. S&P 500 0,12% irəliləyərək 2 101,04 bənd, Nasdaq isə 0,32% artaraq 4 982,81 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,61% artaraq 6 961,14 bənd, Almaniya DAX-ı 1,00% bahalaşaraq 11 504,01 bənd, Fransa CAC-40-ı isə 0,94% bahalaşaraq 4 963,51 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,47% ucuzlaşaraq 1 198,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1024 (-0,48%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi