​Dünya bazarında avro 0,3% bahalaşıb

​Dünya bazarında avro 0,3% bahalaşıb Bu gün səhərə COMEX-də qızılın qiyməti 1 281,8 dollar/unsiyaya düşüb
Maliyyə
29 Yanvar , 2015 09:32
​Dünya bazarında avro 0,3% bahalaşıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 28-də Amerika fond bazarında Dow Jones indeksində 1,13% azalma müşahidə edilib və 17 191,37 bənd təşkil edib. S&P 500 1,35% azalaraq 2 002,16 bənd olub, Nasdaq isə 0,93% ucuzlaşaraq 4 638,00 bəndə düşüb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 28-də FTSE 100 indeksi 0,21% artaraq 6 825,94 bəndədək, Almaniya DAX-ı 0,78% artaraq 10 710,97 bəndədək yüksəlib. Fransa CAC-40-ı isə 0,29% azalaraq 4 610,94 bəndə düşüb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,32% ucuzlaşaraq 1 281,80 dollara düşüb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1344 (+0,3%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi