​Dünya bazarında ABŞ nefti ucuzlaşıb

​Dünya bazarında ABŞ nefti ucuzlaşıb "Brent" markalı neft isə daha 13 sent bahalaşıb
Maliyyə
1 İyun , 2016 09:16
​Dünya bazarında ABŞ nefti ucuzlaşıb

Bakı. 1 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,23 dollar yaxud 0,47% ucuzlaşaraq 49,33 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,13 dollar və ya 0,26% irəliləyərək 49,89 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi