Dünya Bankının yeni prezidenti seçilib

Dünya Bankının yeni prezidenti seçilib Cim Yonq Kim WB-də 2012-ci ilin iyulundan işləyir
Maliyyə
28 Sentyabr , 2016 10:04
Dünya Bankının yeni prezidenti seçilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dünya Bankı (WB) Qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim) növbəti 5 ildə də bu vəzifəni icra edəcək. 

“Report”un Bankdan əldə etdiyi məlumata görə, C.Y.Kim öz vəzifəsinə 2017-ci ilin iyulun 1-dən başlayacaq.

Artıq WB-nin Direktorlar Şurası C.Y.Kimin vəzifəsini təsdiq edib.

C.Y.Kim WB-də 2012-ci ilin iyulundan işləməyə başlayıb. Onun prezidentliyi dövründə Bankın gəlirlərinin 40%-ə qədər artdığı, inzibati xərclərin isə 400 mln. dollar azaldığı bildirilir. 

Xatırladaq ki, hazırda WB Azərbaycanda 11 layihəni maliyyələşdirir.

Son xəbərlər

Orphus sistemi